Kitabda 2011-ci il iyul ayının 5-də Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlılarının III qurultayının materialları toplanmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında" və "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında" sərəncamları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi, dövlət başçımızın qurultay çərçivəsində diaspor nümayəndələri, habelə xarici qonaqlarla keçirdiyi görüşlər, nümayəndə və qonaqların çıxışları, qəbul olunmuş sənədlər və digər materialların toplandığı kitab Dünya azərbaycanlılarının III qurultayının tarixi əhəmiyyətini əks etdirir.
Biblioqrafik təsvir
Dünya Azərbaycanlılarının III Qurultayı: Bakı. 5 iyul 2011-ci il / Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi; tərt. L. Həmzəyeva [et al.]; red.: N. Qurbanov, E. Miraləm; bur. məsul N. İbrahimov.- Bakı: Adventa, 2011.- 240 s.