1720-ci illərdə Osmanlı imperiyasının Azərbaycan və Cənubi Qafqazı fəthi dövründə dövlətin maliyyə məmurları tərəfindən mövcud uyğun olaraq yeni ələ keçirilmiş ərazilər üçün vergi reyesterləri (təhrir dəftərləri) tərtib edilmişdir. Oxucuların diqqətinə təqdim olunan və 1728-ci ildə iki cilddən ibarət olaraq hazırlanan "Təbriz livasının müfəssəl dəftəri" də məhz həmin dövrün məhsuludur. Bir zamanlar vergi ödəyən əhalini qeydiyyata almaq və vergitoplama işlərini həyata keçirmək məqsədilə hazırlanmış bu sənəd hazırda XVIII əsrin ilk onilliklərində Təbriz şəhəri və ətraf bölgələrinin sosial-iqtisadi tarixinə dair ən möhəbər və dəyərli qaynaqlardan biridir.
Biblioqrafik təsvir
Təbriz livasının müfəssəl dəftəri / Bakı Dövlət Universiteti; tərc., şərh., ön sözün müəl. Ş. Mustafayev. I cild.- Bakı: BDU nəşriyyatı, 2024.- 544 s.