Kitabda Miskin Abdal, Ağdabanlı Şair Qurban, Dədə Şəmşir ocağında yetişib qələmi və əməyi ilə vətənə və millətə, dövlətçilik ənənələrimizə, müstəqil Azərbaycanımıza xidmət edən qədim bir nəslin övladlarının - Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun, "Azərbaycan Dəmir Yoları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavid Qurbanovun və şəcərənin digər nümayəndələrinin ömür yollarından, ədəbi-bədii yaradıcılıqlarından. ictimai-siyasi fəaliyyətlərindən bəhs edilmişdir.
Biblioqrafik təsvir
Əliyeva, Jalə Fazil qızı. Müqəddəs ocağın yadigarları: monoqrafiya / J. F. Əliyeva; ön sözün müəl. T. Kərimli; red. T. Bədəlova; Həsən bəy Zərdabi İrs Mərkəzi.- Bakı: Mütərcim, 2020.- 224 s.