"Azərbaycan" qəzeti redaksiyasının "Azərbaycan qədər əbədİ" silsiləsindən nəşr etdirdiyi bu növbəti kitab (xatırladaq ki, ilk kitab "Heydər Əliyev dünyanın gözü ilə" adlanırdı) ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində konkret şəxslərə göstərdiyi xeyirxahlıqları, yardımları, çoxsaylı insanların həyatında oynadığı müstəsna rolu əks etdirir. Sadə, zəhmətkeş insanların, əmək qəhrəmanlarının, elm adamlarının, ictimai və siyasi xadimlərin xatirələri əsasında hazırlanan bu məqalələr toplusunda alicənablıq və mərhəmət mücəssəməsi olan Heydər Əliyev şəxsiyyətinin ucalığı, ali insani keyfiyyətləri real faktların dili ilə oxuculara təqdim edilir.
Biblioqrafik təsvir
Heydər Əliyev mənim həyatımda / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi; tərt. İ. Hüseynli; bur. məsul B. Sadıqov; ön sözün müəl. R. Ə. Mehdiyev; red. Ə. Həsənov. I cild.- Bakı: Azərnəşr, 2019.- 396 s.