Kitab haqqında

Kriptoqrafiyanın əsasları

Kriptoqrafiyanın əsasları

Sərlövhə:
Kriptoqrafiyanın əsasları
Müəllif:
Əliquliyev Rasim
Nəşr ili:
2006
Annotasiya:
Kitabda kriptoqrafiyanın və onun ən vacib tətbiqlərinin nəzəri əsasları Azərbaycan dilində ilk dəfə sistematik şərh olunur. Kriptoqrafik alqoritmlər və protokollar, onların təhlükəsizliyinin əsasına qoyulmuş riyazi məsələlər, həmçinin kriptoqrafik sistemlərin qurulması metodları nəzərdən keçirilir. Alqoritmlərin və protokolların kriptoanalizinə xüsusi diqqət yetirilir. Vəsaitdə müasir kriptosistemlərin öyrənilməsi üçün riyaziyyatın ədədlər nəzəriyyəsi, cəbr, cəbri həndəsə, çətinlik nəzəriyyəsi və digər sahələrindən zəruri məlumatlar var. Nəzəri material çoxsaylı misallarla izah edilir. Əksər fəsillərin sonunda materialı möhkəmləndirmək üçün 300-ə yaxın məsələ və çalışma verilmişdir.

Biblioqrafik təsvir

Əliquliyev, Rasim Məhəmməd oğlu. Kriptoqrafiyanın əsasları / R. M. Əliquliyev, Y. N. İmamverdiyev; AMEA İnformasiya Texnologiyaları İnstitutu.- Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2006.- 688 s.