- Sərlövhə:
- Tunc mələk
- Müəllif:
- Məmmədli Vahid
- Nəşr ili:
- 2008
- Annotasiya:
- Dünya ədəbiyyatında yeni bir janrda, qansız döyüş romanı janrında yazılmış bu əsərdə mələk-insan, qorxmaz və məğrur detektiv-analitikin maraqlı macəraları haqqında söhbət açılır. İtaliyanın "RAİ-1" teleşirkətinin jurnalisti müharibə gedən İraqda yaraqlılar tərəfindən girov götürülür. Onun azad edilməsində hətta xüsusi xidmət orqanları da müsbət nəticə əldə edə bilmirlər. Lakin bütün məhrumiyyətlərə və edam olunmaq təhlükəsinə baxmayaraq əsərin qəhrəmanı İtaliyalı telereportyoru əsirlikdən azad etmək fikrindən geri çəkilmir... Həmin mələk-insan özünün ən güclü silahı- təmənnasız xeyirxahlığı ilə hətta düşmənlərini də düşünməyə məcbur edir. Çoxları onun haqqında eşitdiklərinə inanmır. Ancaq onu yaxından tanıyandan sonra barəsində deyilənlərin əfsanə deyil, həqiqət olduğuna əmin olurlar...
Biblioqrafik təsvir
Məmmədli, Vahid Məmməd oğlu. Tunc mələk: roman / V. M. Məmmədli; red. S. Babazadə.- Bakı: Kitab Klubu, 2008.- 146 s.