Kitab haqqında

Halay: fəlsəfi qaynağı və özəllikləri

Halay: fəlsəfi qaynağı və özəllikləri

Sərlövhə:
Halay: fəlsəfi qaynağı və özəllikləri
Müəllif:
Bayat Füzuli
Nəşr ili:
2018
Annotasiya:
Türk dünyasında geniş yayılan fəlsəfi qaynaqlarının araşdırılmasına həsr olunmuş bu kitabda halayın rəqs-mahnı özəlliyi qazanması əsasən Masallı, qismən də Lənkəran, Cəlilabad, Yardımlı rayonlarında 2012-2013-cü illərdə aparılan toplama nəticəsində aşkarlanmışdır. Bu gün Azərbaycanın Cənub bölgəsində oynanılan halay mahnılı rəqsi tarixi yolculuğuna türk dünyasının uzaq köşəsindən - Altaydan, Orta Asiyadan başlamışdır. Halayın ən geniş yayıldığı və növlərinin çox olduğu yer Türkiyə və qismən də Azərbaycandır.

Biblioqrafik təsvir

Bayat, Füzuli. Halay: fəlsəfi qaynağı və özəllikləri / F. Bayat; AMEA Folklor İnstitutu.- Bakı: Elm və təhsil, 2018.- 112 s.