"Böyük iqtisadi ensiklopediya" (BİE) iqtisadiyyatın mahiyyətini, xarakterini, inkişaf meyillərini və qanunauyğunluqlarını müəyyən edən və onun əsas ideyaları, konsepsiyaları, modelləri, anlayışları və kateqoriyalarının mahiyyətini açıqlayan fundamental nəşrdir. BİE-də dünya, ayrı-ayrı ölkələrin, xüsusilə Azərbaycan iqtisadiyyatı, bazar strukturları və infrastrukturları, aparıcı maliyyə, bank institutları haqqında yığcam məlumatlar öz əksini tapmışdır. 17000-dən çox termin-məqaləni, 1500-ə qədər cədvəl, sxem və qrafiki əhatə edən BİE Avropa və MDB məkanında milli dildə işıq üzü görmüş ilk irihəcmli nəşrdir.
Biblioqrafik təsvir
Böyük iqtisadi ensiklopediya / Z. Ə. Səmədzadə [et al.]; ideya müəl., baş red. Z. Ə. Səmədzadə, red. heyəti: Ə. Abbasov [et al.]; red.: M. X. Meybullayev, A. M. Məhərrəmov, E. M. Hacızadə; Azərbaycan İqtisadçılar İttifaqı.
VI cild: A - J.- Bakı : Şərq-Qərb, 2015.- 716 s.