Kitabda müəllifin 10 il ərzində Ümummilli Liderimiz Heydər Əliyev haqqında yazdığı məqalələr toplanıb. Bu yazılarda Heydər Əliyevin- öz həyatını xalqının və doğma torpağının inkişafına və çiçəklənməsinə həsr etmiş dahi bir şəxsiyyətin həyatının və fəaliyyətinin bir hissəsi- müstəqillik illərində apardığı mübarizə, habelə Sovet hakimiyyəti illərində onun ədəbiyyata, incəsənətə, xalqın tarixinə və mədəniyyətinə göstərdiyi diqqət və qayğı haqqında söhbət açılır.