Kitab haqqında

İnkişaf - məqsədimizdir

İnkişaf - məqsədimizdir

Sərlövhə:
İnkişaf - məqsədimizdir
Müəllif:
Əliyev İlham
Nəşr ili:
2020
Cild:
104
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan "İnkişaf - məqsədimizdir" çoxcildliyinin bu cildində ölkə başçısının Dövlət Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət haqqında ətraflı çıxışı, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün müxtəlif ölkə başçılarına, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ünvanladığı məktublar yer almışdır. Dövlət başçısının bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Azərbaycanın haqlı mövqeyi, Ermənistanın təcavüzkar siyasəti əsas mövzu olmuşdur. Kitabda həmçinin dövlət başçısının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda iclas zamanı geniş çıxışı da yer almışdır.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. 
104-cü kitab: iyun 2020 - iyul 2020.- Bakı: Azərnəşr, 2020.- 400 s.