Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası
Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası
Sərlövhə:
Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası
Müəllif:
Fətəliyev Hasil
Nəşr ili:
2010
Annotasiya:
Dərslikdə bitkiçilik məhsullarının keyfiyyətinə təsir edən amillər, xammalın təsviri, saxlanma və emal zamanı baş verən çevrilmələr öz əksini tapmışdır. Məhsulların ənənəvi və müasir saxlanma və emal texnologiyası geniş şərh olunmuş, məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi yolları araşdırılmışdır. Qidada birbaşa istifadə edilən meyvə, tərəvəz, üzüm, çay və s. məhsullar və onların emal üsulları və saxlanma texnologiyası şərh olunmuşdur. Bununla yanaşı, qidada birbaşa istifadə edilməyən pambıq, kətan, çətənə və digər bitkiçilik məhsullarının saxlanması və emalı müasir dövrün nailiyyətləri nəzərə alınmaqla izahını tapmışdır. Dən kütləsinin saxlanma rejim və üsulları, onların una emalı və çörəyin bişirmə texnologiyası, toxumlu yağlılardan yağ və şəkər çuğundurundan şəkər istehsalı araşdırılmışdır.
Biblioqrafik təsvir
Fətəliyev, Hasil Kamaləddin oğlu. Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası: dərslik / H. K. Fətəliyev; elmi red. F. N. Cəfərov.- Bakı: Elm, 2010.- 432 s.