Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı
Sərlövhə:
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı
Nəşr ili:
2007
Annotasiya:
Təqdim olunan dərslik iki hissədən ibarətdir. Birinci hissədə geoloji-kəşfiyyat işlərinin məqsəd və vəzifələri, faydalı qazıntıların növləri və onların öyrənilməsinə kompleks tələblər, axtarışların müxtəlif fiziki-coğrafi şəraitlərdə aparılma xüsusiyyətləri və onların kompleksliliyi ətraflı şərh edilmişdir. İkinci hissədə faydalı qazıntı yataqlarının kəşfiyyatının metodoloji əsasları, geoloji-kəşfiyyat işlərinin aparılmasının təcrübi usulları və kəşf olunmuş yataqların geoloji-iqtisadi qiymətləndirilməsinin əsasları təsvir edilir və mineral xammalın morfogenetik tipləri və növlərindən asılı olaraq müxtəlif mərhələlərdə kəşfiyyat işlərinin aparılmasının xüsusiyyətləri şərh olunur.
Biblioqrafik təsvir
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı: dərslik / V. M. Babazadə [et al.]; red. S. Ə. Bəktaşı.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007.- 396 s.