Kitab haqqında

Ailə sirləri

Ailə sirləri

Sərlövhə:
Ailə sirləri
Müəllif:
Abdullayev Çingiz
Nəşr ili:
2017
Annotasiya:
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Folun bir addımlığında" adlı romanında Qaxaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur. Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonun Potsdama - yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı... Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı - tədbirin səbəbkarı olan Martanı zayafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil... səhvə yol verib...

Biblioqrafik təsvir

Abdullayev, Çingiz Akif oğlu. Ailə sirləri: [roman] / Ç. A. Abdullayev; rus dilindən tərc. N. Hüseynova.- Bakı: TEAS Press, 2017.- 240 s.