Kitab haqqında

Silahın mistik gözəlliyi: XVI-XIX əsrlər Azərbaycan silahı

Silahın mistik gözəlliyi: XVI-XIX əsrlər Azərbaycan silahı

Silahın mistik gözəlliyi: XVI-XIX əsrlər Azərbaycan silahı
Sərlövhə:
Silahın mistik gözəlliyi: XVI-XIX əsrlər Azərbaycan silahı
Müəllif:
Əhmədov Səbuhi
Nəşr ili:
2022
Annotasiya:
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən eksponatlar sırasında xüsusi yer silahlara məxsusdur. Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdiirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar təkcə sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir. Milli Azərbaycan Tarixi Muzeyində 21.IV- 15.IX.2022-ci il tarixlərində keçirilmiş "Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərgidə Azərbaycan silahları ilk dəfə olaraq sənətkarlıq və incəsənət nümunələri kimi təqdim edilmişdir. Sərginin elmi əsaslarla hazırlanmış kataloqunda XVI-XIX əsr Azərbaycan silahlarının novləri, təyinatı, xüsusiyyətləri haqqında məlumat verilir. Sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı onların dekorativ tərtibatına da diqqət yetirilir.

Biblioqrafik təsvir

Əhmədov, Səbuhi Əhməd oğlu. Silahın mistik gözəlliyi: XVI-XIX əsrlər Azərbaycan silahı = Mystical Beauty of Weapons: Azerbaijan weapons of the 16th-19th centuries in the National Museum of History of Azerbaijan / S. Ə. Əhmədov; elmi red. N. M. Vəlixanlı; ing. dilinə tərc.: G. Eminova, N. Qasımlı; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi.- Bakı: Apostrof, 2022.- 338 s.