Kitab haqqında

İnkişaf - məqsədimizdir

İnkişaf - məqsədimizdir

Sərlövhə:
İnkişaf - məqsədimizdir
Müəllif:
Əliyev İlham
Nəşr ili:
2014
Cild:
15
Annotasiya:
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində Azərbaycanın uğurla aparılan xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-inkişaf proqramının həyata keçirilməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, eyni zamanda ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapmışdır. Kitabda prezident İlham Əliyevin işgüzar səfəri zamanı prezident Jak Şirak ilə, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan prezidenti R. Köçəryanla görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələrin materialları, Bakıya gəlmiş bir sıra xarici dövlət və hökumət, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, KİV-lərə verdiyi bəyanat və müsahibələri toplanmışdır.

Biblioqrafik təsvir

Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar / İ. H. Əliyev; bur. məsul R. Ə. Mehdiyev 
15-ci kitab: dekabr 2005 - mart 2006.- Bakı: Azərnəşr, 2014.- 384 s.