Kitab haqqında

Bürhani-həqiqət

Bürhani-həqiqət

Bürhani-həqiqət
Sərlövhə:
Bürhani-həqiqət
Nəşr ili:
2017
Annotasiya:
İrəvanda Azərbaycan mətbuatı tarixinə nəzər saldıqda bir neçə qəzet və məcmuənin adları diqqəti cəlb edir. Zamanında daşıdıqları missiyanı ləyaqətlə həyata keçirən bu mətbu orqanlarının sırasında "Bürhani-həqiqət" (1917) jurnalının da özünəməxsus yeri olmuşdur. Başsızlıq və nizamsızlığın hökm sürdüyü çətin, qarışıq bir zamanda İrəvan azərbaycanlılarının həyatında sosial, siyasi və mənəvi amalı ilə meydana gələn, ziyası ilə avam, savadsız, gözübağlı xalqın ictimai şüurunun oyanmasında böyük əhəmiyyət kəsb edən bu məcmuənin təəssüf ki, cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Həmin dövrdə İrəvan ədəbi mühitinin görkəmli simalarından olmuş Əli Hacı Zeynalabdinzadə Rəhimovun (Əli Məhzun) müdir-mühərririrliyi və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə işıq üzü görmüş bu məcmuənin nəşrindən 100 il ötsə də məsləkini aşkar edən yazıların elmi, siyası, mənəvi gücü və təsiri onu deməyə haqq verir ki, "Burhani-həqiqət"in İrəvanın ədəbi abidələri sırasında yeri və rolu misilsizdir.

Biblioqrafik təsvir

Bürhani-həqiqət / AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; transfonelit., ön sözün müəl. Ş. Nasir; elmi red. A. Ramazanov.- Bakı: 3 saylı Bakı mətbəəsi ASC, 2017.- 172 s.