Kitab haqqında

"Koroğlu" dastanının mənşəyi

"Koroğlu" dastanının mənşəyi

Sərlövhə:
"Koroğlu" dastanının mənşəyi
Müəllif:
Bayat Füzuli
Nəşr ili:
2012
Annotasiya:
Dərs vəsaitində türk xalqlarının böyük əksəriyyətinin sözlü ədəbiyyatında mövcud olan "Koroğlu" dastanının mənşəyi, yayıldığı coğrafi areal, dastanın mifoloji və tarixi qatları, obrazların genezisi nəzərdən keçirilmişdir. Dərs vəsaitində ilk dəfə olaraq dastanın arxitektonikası öyrənilmiş, digər xalqlarda mövcud olan variantlar vahid "Koroğlu" dastanının mənşəyini üzə çıxarmış, bəzi obrazların invariantı zəngin folklor materialları fonunda araşdırılmağa çalışılmışdır.

Biblioqrafik təsvir

Bayat, Füzuli. "Koroğlu" dastanının mənşəyi: dərs vəsaiti / F. Bayat, X. Bəşirli; red. R. O. Qafarlı; Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan İctimai-Siyasi Universiteti.- Bakı: Elm və təhsil, 2012.- 192 s.