Kitabda milli və yabançı qaynaqlara yeni baxış və yeni konsepsiyanın metodları şərh olunur. Azər türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeoloji və daş bəlgələr, qayaüstü rəsmlər, yazıöncəsi işarələr, damğalar və yazının yaranması digər türk xalqlarının tarixilə əlaqəli şəkildə tədqiq olunur və türk etnosunun formalaşma tarixindən başlayaraq İslamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxilində gözdən keçirilir. Türkologiyada ilk dəfə İslamaqədər qonşu xalqlar və dövlətlərlə olan əlaqələr verilmiş, tarixi faktlarla türklərin ilkin Atayurdunun Ön Asiyada olması göstərilmişdir. Bu isə Atatürkün uzaqgörənliklə "Anadoluda 7 minil öncə də türklər vardı" deyiminin gerçəkliyini açığa çıxardı.
Ağasıoğlu, Firudin. Azərbaycan türklərinin İslamaqədər tarixi: doqquz bitik / F. Ağasıoğlu I bitik: Tarixi qaynaqlar / elmi red.: V. H. Əliyev, S. S. Əliyarlı; red.: R. Əskər, H. H. Rzaquliyeva.- Bakı: Ağrıdağ, 2014.- 364 s.