Kitabda Azərbaycan ərazisində beş min ildən artıq yaşayan və bu gün də qoyunçuluqla məşğul olan türk əsilli tərəkəmə tayfalarının öz məişətlərində istifadə etdikləri xalça məmulatlarından bəhs edilir. Kitabda XVIII-XX əsrlərə aid olan, dünyanın müxtəlif muzeylərində, o cümlədən Azərbaycan muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan, tərəkəmələrin gündəlik həyatında işlənib vacib utilitar əhəmiyyət kəsb edən saysız-hesabsız xovsuz toxunuşlu böyük həcmli məişət əşyaları - məfrəşlər, xurcunlar, çuvallar və s. haqqında ətraflı məlumat verilmişdir. Kitab ensiklopedik xarakter daşıyır və demək olar ki, ilk dəfədir ki, tərəkəmə həyatında işlənən məmulatların tarixini, texniki və bədii xüsusiyyətlərini əks etdirir.
Biblioqrafik təsvir
Əliyeva, Kübra Muxtar qızı. Azərbaycanın xovsuz toxunuşlu məişət əşyaları / K. M. Əliyeva; red. S. Sadıxova.- Bakı: Mütərcim, 2023.- 416 s.