Bu kitabda Səfəvilərin böyük dövlət xadimi və ideoloqu, Şah İsmayıl Xətainin mürşidi, dövrünün tanınmış diplomatı, hərbi sərkərdə, təsəvvüf mütəfəkkiri, din və elm xadimi, filosof, sufi şair, Haqq aşıqliyi sənətinin əsasını qoymuş, çoxsaylı aşıq havalarının müəllifi, Qeyb Ərəni, Pir, Övliya, Allahdan əta edilmiş böyük möcüzələr və müqəddəs "Ocaq" sahibi, tarixi şəxsiyyət, 1430-1535-ci illərdə yaşamış tarixi Oğuz yurdu - Göyçə mahalının Zərgərli kəndindən olan Miskin Abdalın - Seyyid Hüseyn Məhəmməd oğlunun Səfəvilər dövlətinin yaradılması və inkişafında göstərdiyi misilsiz xidmətinə həsr olunmuşdur.
Biblioqrafik təsvir
Miskin Abdal və Səfəvilər / tərt. N. Göyçəli; elmi red. M. Q. Allahmanlı; red. M. Əyyublu.- Bakı: Elm və təhsil, 2018.- 232 s.