Bu monoqrafiyada Azırbaycan və dünya ədəbi prosesində detektiv əsərlər müəllifi kimi tanınan Çingiz Abdullayevin xüsusilə siyasi detektiv janrın inkişafında rolu tədqiqata cəlb edilir. Dünya şöhrətli Azərbaycan yazıçısının müasir ədəbi prosesdə rolu, qlobal dünyada baş verən proseslərin Azərbaycan detektiv ədəbiyyatında əksi, dünya oxucularının bu əsərlərə marağı, yazıçının detektiv əsərlər müəllifi kimi dünya detektiv janrının inkişafında tutduğu yer müəyyənləşdirilir. Monoqrafiyada Azərbaycan ədəbi prosesində detektiv janr, onun inkişafı yolları araşdırılır, dünya ədəbi prosesində mövcud olan detektiv janrla müqayisəli şəkildə tədqiqata cəlb edilir, detektiv əsərlər müəllifi Çingiz Abdullayevin yaradıcılıq yolu, onun sənətkarlıq keyfiyyətləri təhlil və tədqiqini tapır. Monoqrafiya Azərbaycan ədəbi prosesində detektiv janrının araşdırılması cəhətdən Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfədir.
Biblioqrafik təsvir
Pənah, Gülxani. Azərbaycan ədəbiyyatında detektiv janr: Çingiz Abdullayevin yaradıcılığı əsasında: monoqrafiya / G. V. Şükürova, T. M. İsayev; elmi red.: C. M. Abdullayev, İ. S. Əliyeva, Q. M. Paşayev; red. A. Arifqızı.- Bakı : MSA, 2012.- 556 s.