Kitab haqqında

Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi

Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi

Sərlövhə:
Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi
Müəllif:
Mirzəyeva Lətifə
Nəşr ili:
2017
Annotasiya:
Oxuculara təqdim edilən bu kitabda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yarandığı ilk gündən (1976) keçən 40 il ərzində şöbənin fəaliyyəti barədə dolğun təsəvvür yaradılmışdır. Kitabın dəyəri yalnız bunda deyil, həm də şöbənin qısa zaman kəsiyində bir elm mərkəzinə çevrilməsində - Cənubi Azərbaycan sifahi və yazılı ədəbiyyatının, əbədi-tənqidi fikrinin ilk dəfə geniş miqyasda öyrənilməsini, nəşrini və təbliğini həyata keçirilməsində, bu mövzuya ictimai maraq oyatmasında, həmçinin mütəfəkkir alim və yazıçı Mirzə İbrahimovun ədəbi məktəb yaratması barədə ilk dolğun məlumat verməsindədir.

Biblioqrafik təsvir

Mirzəyeva, Lətifə. Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi / L. Mirzəyeva; elmi red. T. Əhmədov; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: Nurlar NPM, 2017.- 232 s.