Kitab haqqında

Azərbaycanda hüquqi dövlət quruculuğu, əsas insan haqları və azadlıqlarının təmini məsələləri

Azərbaycanda hüquqi dövlət quruculuğu, əsas insan haqları və azadlıqlarının təmini məsələləri

Sərlövhə:
Azərbaycanda hüquqi dövlət quruculuğu, əsas insan haqları və azadlıqlarının təmini məsələləri
Müəllif:
İmanlı Məhəmməd
Nəşr ili:
2006
Annotasiya:
Kitabda müasir qloballaşma dövründə Azərbaycanda dövlət quruculuğunun hüquqi aspektləri, insan hüquq və azadlıqlarının nəzəri-praktik və konseptual əsasları geniş təhlil olunur, insan hüquqlarına dair beynəlxalq təcrübəyə nəzərən Azərbaycan Respublikası qanunvericiliyinin şərhinə diqqət yetirilir. Müəllif əsərdə Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun mərhələlərindən söz açaraq, bu prosesin siyasi, hüquqi, iqtisadi və sosial-mənəvi aspektlərindən bəhs edir. Zəngin faktoloji səciyyə daşıyan kitabda ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun layiqli davamçısı- Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilən hüquqi islahatlardan geniş bəhs olunmuş, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədinə xidmət edən kompleks tədbirlər geniş işıqlandırılmışdır.

Biblioqrafik təsvir

İmanlı, Məhəmməd Nağı oğlu. Azərbaycanda hüquqi dövlət quruculuğu, əsas insan haqları və azadlıqlarının təmini məsələləri / M. N. İmanlı; elmi red. F. M. Ələsgərov.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2006.- 208 s.