Kitab ötən il aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz, baş leytenant Əbu Bəkr İsmayılovun çox qısa, lakin mənalı həyat və döyüş yolundan bəhs edir. Kitaba igid qəhrəman haqqında mətbuatda dərc olunmuş məqalə və şeirlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilib.
Biblioqrafik təsvir
Bahadurqızı, Yaqut. Hay ver mənə,cənab leytenant... / Y. Bahadurqızı; ön sözün müəl. Q. Nəsibov.- Bakı: Çaşıoğlu, 2017.- 168 s.