Kitab haqqında

Kargüzarlıq: A-dan Z-yə

Kargüzarlıq: A-dan Z-yə

Sərlövhə:
Kargüzarlıq: A-dan Z-yə
Nəşr ili:
2018
Annotasiya:
"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekpertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Biblioqrafik təsvir

Kargüzarlıq: A-dan Z-yə: mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatların stolüstü kitabı / tərt. A. Bayramov.- Bakı: CBS Polygraphic Production, 2018.- 320 s.