Kitabdakı poetik nümunələr müəllifin bədii təfəkkürünün genişliyini və dolğunluğunu ifadə edir. Məzmun və mövzu əlvanlığı ilə həmçinin poetik özünəməxsusluğu ilə seçilən bu şeirlərin səmimi vətənpərvərlik ruhu diqqət çəkir. Poetik yükündən, bədii mahiyyətindən asılı olmayaraq, kitabdakı butun şeirlərdən poeziya ətri, vətən hərarəti duyulur. Müəllifin poetik dünyası folklor düşüncəsindən qaynaqlanan xəlqi səciyyə daşıyır.
Biblioqrafik təsvir
Göyçəli, Sima Azad qızı. Qürbətdə parlayan qığılcım: [şeirlər] / S. A. Göyçəli; red. N. Məmmədli.- Bakı: Elm və təhsil, 2020.- 176 s.