Böyük Qafqazın müasir torpaq örtüyü kitabı AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kompleks torpaq ekspedisiyasının (2008-2016) çöl və laboratoriya tədqiqatları, mövcud çap və fond materialları, torpaqşünaslığa aid ən yeni ideyaları əsasında hazırlanmışdır. Torpaq təsnifatının müasir inkişafı ilə əlaqədar olaraq Azərbaycan torpaqlarının təsnifatının təkmilləşməyə ehtiyacı vardır. Bu məqsədlə Respublikamızın bir bölgəsi olan Böyük Qafqazın torpaqları geniş tədqiq edilmiş və müqayisəli araşdırılmışdır.
Biblioqrafik təsvir
Böyük Qafqazın müasir torpaq örtüyü: 2008-2016-cı illər, ekspedisiya materialları / M. P. Babayev [et al.]; elmi red. Ə. G. Quliyev; AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu.- Bakı: Elm, 2017.- 345 s.