Bu kitab Universal Öyrənmə Dizaynı (UÖD) vasitəsilə bütün şagirdlərin təlimini yaxşılaşdırmaq üçün tədqiqat və təcrübələrdən irəli gələn son dərəcə dəyərli nəticə və məlumatı oxucuların diqqətinə çatdırır. Bu işin əsas mövzusu insanlar müxtəlif və daim dəyişkən olduğundan, hamıya təhsil almaq üçün optimal imkanların yaradılması üçün bizim yanaşmaların kifayət qədər çevik olmasından ibarətdir. Kitabda sual-cavab formatında UÖD haqqında qısa məlumat təqdim edilmiş, təhsil işçilərinin tədris proqramını diqqətlə planlaşdırması və strukturlaşdırması üçün praktiki yoxlama bəndləri (məqsədlər, qiymətləndirmələr, metodlar və materiallar daxil olmaqla) ilə təmin edən UÖD Təlimatlarından bəhs edilmişdir.
Biblioqrafik təsvir
Sinifdə universal öyrənmə dizaynı: tərcrübədə tətbiqi: [xüsusi ehtiyaclı öyrənənlər üçün faydalı üsullar] / T. Hall, A. Meyer, D. Ros [et al.]; red.: T. Hall [et al.]; tərc. L. Orucova.- Nyu-York; London: Guilford Press, n. i. y.- 161 s.