Monoqrafiya tipoloji xüsusiyyətləri ilə fərqlənən fərdlərdə xroniki zoososial stress təsirindən eksperimental depressiyanın yaranması zamanı beyin yarımkürələrində membran lipidlərinin peroksidləşmə proseslərinin, antioksidant müdafiə fəallığının, membran keçiriciliyi xüsusiyyətlərinin və davranışda emosional gərginliklə depressivlik göstəricilərinın kompleks tədqiqatlarına həsr olunub. Həmçinin, depressiyanın yaranması zamanı beyin yarımkürələri arası biokimyəvi asimmetriya balansının tipospesifik dəyişməsi xüsusiyyətləri ilə sosial stresin fərqli davranış effektləri təhlil və müzakirə edilir. Alınan nəticələrə əsasən tədqiq olunan biokimyəvi gösrəricilər tipoloji xüsusiyyətlərdən asılı olaraq fərqli lokalizasiya və dinamika üzrə dəyişir. Son nəticədə isə aktiv tip heyvanlarda həyəcanlı depressiya forması yaranır, passiv tipdə isə apatik depressiya vəziyyətini əks etdirən dərin psixoemosional pozğunluq formalaşır.
Biblioqrafik təsvir
Baxşəliyeva, A. Y. Depressiyanın yaranmasında individuallıq fenomeni: monoqrafiya / A. Y. Baxşəliyeva; elmi red. U. F. Həşimova; AMEA akad. A. Qarayev adına Fiziologiya İnstitutu.- Bakı: Qanun, 2019.- 152 s.