Kitab haqqında

Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu

Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu

Sərlövhə:
Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu
Müəllif:
Cəfərov Tahir
Nəşr ili:
2013
Annotasiya:
Kitabda BOEM-in Energetika Sisteminə inteqrasiyasında HAES-in tətbiqi üzrə təkliflə yanaşı, Avropanın mərkəzləşdirilmiş proqnozlaşdırma sistemi haqqında da məlumatlar yer alır. Təqdim olunan bu kitabda Kür çayında fəaliyyət göstərən "Mingəçevir", "Şəmkir", "Yenikənd" və "Varvara" SES-lərinin mövcud hidroenergetik potensialından və hidrotexniki qurğularının konstruktiv imkanlarından daha effektiv istifadə etməklə müstəqil HAES-in quraşdırılması və ya mövcud hidroaqreqatların çevrilən turbinnasos (pump) rejiminə keçirilməsi yolu ilə Azərbaycan Energetika Sisteminin texniki-iqtisadi göstəricilərinin yüksəldilməsi və Avropa energetika sistemi ilə birgə fəaliyyəti üçün əlavə imkanların yaradılması yolları öz əksini tapmışdır.

Biblioqrafik təsvir

Cəfərov, Tahir Dəmir oğlu. Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu / T. D. Cəfərov.- Bakı: Kövsər nəşriyyatı, 2013.- 96 s.