Dərs vəsaiti ölkəmizdə din və siyasətin qarşılıqlı əlaqəsi problematikasının dünyadakı siyasi proseslərlə bağlı materiallar əsasında sistematik təhlilinə ilk cəhddir. Kitabda islam, pravoslavlıq, iudaizm və katolikliyin siyasətlə qarşılıqlı təsir mexanizmlərinin açıqlanmasına xüsusi diqqət yetirilir, çox vaxt beynəlxalq terrorizmə aid edulən siyasi və dini ekstremizmin mahiyyəti, eləcə də din siyasətinin xüsusiyyətləri göstərilir, habelə ictimai-siyasi sabitliyin və cəmiyyətin birliyinin möhkəmləndirilməsi üçün dinlərarası dialoqun əhəmiyyəti vurğulanır.
Biblioqrafik təsvir
Məmmədov, Kərəm Cahangir oğlu. Beynəlxalq münasibətlərdə din amili: dərs vəsaiti / K. C. Məmmədov, Ə. G. İbrahimov, E. Ə. Məmmədov; elmi red. H. K. Hüseynova; Bakı Dövlət Universiteti.- Bakı: BDU nəşriyyatı, 2022.- 368 s.