Kitab haqqında

İnternet fenomeninə çoxaspektli baxış

İnternet fenomeninə çoxaspektli baxış

Sərlövhə:
İnternet fenomeninə çoxaspektli baxış
Müəllif:
Əliquliyev Rasim
Nəşr ili:
2010
Annotasiya:
Kitabda İnternet şəbəkəsinə texnoloji və sosial-humanitar aspektlərdən müxtəlif baxışlar şərh edilir. İnternetin təsiri nəticəsində əməyin transformasiyası, virtual əmək münasibətlərinin formalaşması kimi məsələlər araşdırılır. Qlobal şəbəkənin elm və təhsil sahələrinə gətirdiyi imkanlar, yeniliklər, bunların nəticəsində formalaşan elektron elm və təhsil mühitinin əhəmiyyəti göstərilir. Mədəni sferada İnternetin imkanları hesabına əldə edilən üstünlüklər, bir sıra ənənəvi problemlərin həlli imkanları analiz edilir. Qlobal şəbəkənin "Əşyaların İnterneti", "Kosmik İnternet", "Tibbi İnternet", "Biometrik İnternet" kimi yeni istiqamətlərinin xüsusiyyətləri, insan, cəmiyyət üçün üstünlükləri, yaxın gələcəkdə reallaşdırılması imkanları öyrənilir.

Biblioqrafik təsvir

Əliquliyev, Rasim Məhəmməd oğlu. İnternet fenomeninə çoxaspektli baxış: ekspress-informasiya / R. M. Əliquliyev, R. Ş. Mahmudov; elmi red. Ə. Əliyev; AMEA İnformasiya Texnologiyaları İnstitutu.- Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2010.- 96 s.