Kitab haqqında

Braziliyanın müəmmalı kəşfi

Braziliyanın müəmmalı kəşfi

Sərlövhə:
Braziliyanın müəmmalı kəşfi
Müəllif:
Dəniz Ramiz
Nəşr ili:
2014
Annotasiya:
"Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir. Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedru Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf edilibdir. Müəllifin apardığı araşdırmalardan aydın olur ki, həmin əraziyə Pedru Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə dünyanı, Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və Tordesilyas müqaviləsinə görə portuqallar indiki Braziliyaya yiyələnirlər. Həmin tarixi hadisədə təsiredici hal odur ki, portuqallar Roma papasının vasitəsilə ispanların nümayəndəsini aldatmağa müvəffəq olmuş və bu işdə Duarti Pireyranın səyahətinin nəticəsi mühüm rol oynamışdır.

Biblioqrafik təsvir

Dəniz, Ramiz. Braziliyanın müəmmalı kəşfi / R. Dəniz; ön sözün müəl. R. Məmmədov; elmi red. A. Q. Seyidov.- II nəşr.- Bakı: Naşir, 2014.- 180 s.