Monoqrafiyada Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tüdənin həyatı, mühiti, poeziya və nəsri, demokratik fəaliyyəti, ədəbi düşüncə və mülahizələri, poetik sənətkarlığı ilk dəfə olaraq ətraflı təhlil olunmuşdur. Burada şairin şəxsi arxivində saxlanılan xatirələri, həyatının indiyədək geniş oxucu kütləsinə məlum olmayan məqamları da öz əksini tapmışdır.
Biblioqrafik təsvir
Şükürov, Ağahüseyn. Əli Tudənin yaradıcılıq yolu: monoqrafiya / A. Şükürov; elmi red. T. Əhmədov; red. N. Məmmədhüseynli; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm, 2019.- 184 s.