Əsərdə məktəbəqədər yaşlı uşaqların təhsilə psixoloji hazırlığı məsələlərindən bəhs olunur. Problemə müasir təhsilin tələblərindən yanaşılaraq məktəbə hazırlığın əsas istiqamətləri uşaq fəaliyyətinin psixoloji xüsusiyyətləri əsasında təhlil edilir. Əsərdə məktəbə hazırlıq ərəfəsində beşyaşlı uşaqlarla aparılmalı olan metodiki işin psixopedaqoji məzmunu açıqlanır, psixodiaqnostika işinin əsas sahələri izah edilir.
Biblioqrafik təsvir
Əmrahlı, Limunət Şəfi qızı. Məktəbə psixoloji hazırlığın əsasları: elmi-metodik vəsait / L. Ş. Əmrahlı; elmi red. Y. Ş. Kərimov; Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu.- Bakı: Nərgiz, 2008.- 264 s.