III Respublika: milli inkişaf modeli və strategiyası
III Respublika: milli inkişaf modeli və strategiyası
Sərlövhə:
III Respublika: milli inkişaf modeli və strategiyası
Müəllif:
Məmmədov Məhərrəm Fərman oğlu
Nəşr ili:
2008
Annotasiya:
Kitabda Prezident İlham Əliyevin prezidentlik fəaliyyətini əhatə edən, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə dinamik inkişafın təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı görülən geniş miqyaslı işlər öz əksini tapmışdır. Kitaba habelə nəqliyyatın bütün sahələri üzrə dinamik inkişaf, yol infrastrukturu üzrə nəzərdə tutulmuş işlərin icrası, III Azərbaycan Respublikasının milli inkişaf modeli daxil edilmişdir. Burada Azərbaycan dövlətinin mübarizələrdə möhkəmlənməsi, hüquqi, demokratik, unitar dövlətin yaranma və möhkəmlənmə prosesində Ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolu təhlil edilir. Onun seçdiyi yolun konseptual zənginliyi açıqlanmaqla yanaşı onun milli dövlətçilik konsepsiyasının yaradılmasında, müstəqil Azərbaycanın formalaşmasında müstəsna xidmətləri geniş açıqlanır.
Məmmədov, Məhərrəm Fərman oğlu. III Respublika: milli inkişaf modeli və strategiyası / M. F. Məmmədov; elmi red.: S. M. Qəndilov, N. Məmmədov; red. V. Hümbətov; bur. məsul G. Hacıyeva.- Bakı: Nurlan, 2008.- 200 s.