Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında: XX əsrin əvvəlləri
Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında: XX əsrin əvvəlləri
Sərlövhə:
Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında: XX əsrin əvvəlləri
Müəllif:
Mədətli Eynulla
Nəşr ili:
2017
Annotasiya:
Monoqrafiyada XX əsrin əvvələri Azərbaycan tarixi məsələlərinin İran tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmişdir. Əsərdə Azərbaycanın tarixi coğrafiyası, dövlətçilik tarixi, Azərbaycan xalqının təşəkkülü, dili və mədəniyyəti məsələlərinə İran tarixçilərinin münasibəti aydınlaşdırılmış, həmçinin Cənubi Azərbaycanda 1905-1911-ci illər milli demokratik hərəkatın və 1920-ci ilin aprel-sentyabr aylarında Şeyx Məhəmməd Xiyabani hərəkatının İran tarixşünaslığında tədqiqi və dəyərləndirilməsi öyrənilmiş, dövrün qaynaqlarından istifadə olunmaqla hərtərəfli təhlil edilmişdir. Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Qacarlar İranı ilə qarşılıqlı əlaqələrinin İran tarixşünaslığında tədqiqi geniş araşdırılmış, yol verilən subyektiv qiymətləndirilmələr və qərəzli yanaşmalar əsaslı şəkildə tənqid edilmişdir.
Biblioqrafik təsvir
Mədətli, Eynulla. Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında: XX əsrin əvvəlləri: monoqrafiya / E. Mədətli; elmi red., ön sözün müəl. Y. Mahmudov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Turxan NPB, 2017.- 288 s.