Monoqrafiyada farsdilli poeziya tarixinin mürəkkəb və maraqlı hadisələrindən biri olan "Hind üslubu" onun ən görkəmli nümayəndəsinin- böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1676) yaradıcılığı prizmasından araşdırılır. İlk dəfə olaraq, "Hind üslubu"nun təkamül mərhələləri, onun ideoloji və estetik əsası müəyyən edilir, bu üslubun yayıldığı dövrdə qəzəl janrında baş vermiş dəyişikliklər hərtərəfli nəzərdən keçirilir. Saib Təbrizinin dünyaduyumu və insan konsepsiyasının, qəzəllərinin üslub xüsusiyyətlərinin tədqiqi monoqrafiyada geniş yer tutur.
Biblioqrafik təsvir
Məhəmmədi, Məsiağa Əhməd oğlu. Saib Təbrizi və farsdilli poeziyada "hind üslubu": monoqrafiя / M. Ə. Məhəmmədi; red. R. Əliyev; Azərbaycan EA Şərqşünaslıq institutu.- Bakı: Elm, 1994.- 187 s.