"Azərbaycan Media Kataloqu" kitabı ölkəmizin bütün media qurumları barədə ensiklopedik məlumatları əhatə etməklə 3 dildə- Azərbaycan, ingilis və rus dillərində çap olunub. Kitab Azərbaycan kütləvi informasiya vasitələrinin baş ofisləri ilə yanaşı, ölkəmizlə maraqlanan beynəlxalq miqyaslı jurnalist təşkilatlarına da hədiyyə verilməsi məqsədilə hazırlanıb.
Biblioqrafik təsvir
Azərbaycan media kataloqu = Azerbaijan Media Catalogue = Медиа каталог Азербайджана / red.: V. Tofiqli, N. Zöhrablı.- Bakı: Apostrof, 2010.- 395 s.- Azərbaycan, ingilis, rus dillərində.