Kitabda qədim zamanlardan başlayaraq Azərbaycanda məhkəmə hakimiyyətinin təşəkkülü, Azərbaycan Xalq Cümhuriyyətində məhkəmə hakimiyyətinin təşkili üçün görülən işlər, Sovet hakimiyyəti dövründə və dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizin məhkəmə sistemi və onun fəaliyyəti barədə məlumat verilir. Ölkədə ali məhkəmə fəaliyyətinin təşkili, Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması, formalaşması, statusu, onun məhkəmə hakimiyyətinin digər qolları, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurası ilə əlaqələri, habelə fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərə kitabda xüsusi yer verilmişdir.
Biblioqrafik təsvir
Rzayev, Ramiz Yaqub oğlu. Azərbaycan Respublikasının Ali Məhkəməsi: tarixi və bu günü / R. Y. Rzayev, B. H. Əsədov; Azərbaycan Respublikası Ali Məhkəməsi.- Bakı: Nurlar NPM, 2018.- 286 s.