Müdrik fikirlər kitabında insanın mənəvi aləmini, düşüncələrini, ideallarını əhatə edən, qəti və düzgün bir yol seçməkdə yardımçı olan "sehrli" aforizmlər toplanmışdır. Bu fəlsəfi-didaktik fikir mücrüsü elm, mədəniyyət və siyasət aləmində tanınan, ictimai fikir tarixində öz misilsiz xidmətləri ilə seçilən görkəmli şəxsiyyətlərin zəngin irsindən qətrə-qətrə yığılan müdrik söz xəzinəsidir.
Biblioqrafik təsvir
Ağıla və qəlbə işıq saçan sözlər / Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu ; tərt.: M. Cəfərov, S. Ramizoğlu; red. T. Ə. Əhmədov.- Bakı: Nurlar NPM, 2009.- 568 s.