Kitab haqqında

Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi

Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi

Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi
Sərlövhə:
Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi
Müəllif:
Rəşidov Zaur Firidun oğlu
Nəşr ili:
2026
Annotasiya:
Monoqrafiyada Antik yunan fəlsəfəsinin ilk mərhələsi kimi qəbul olunan Sokrataqədərki dövrün fəlsəfi irsi tədqiq olunur. Xronoloji ardıcıllıq əsasında Sokrataqədərki fəlsəfənin doğuluşu, bu qədim tarixi mərhələnin səciyyəvi xüsusiyyətləri, "Sokrataqədərkilər" terminin mənşəyi, Antik yunan filosoflarının ilk pleyadasında Eleatlara qədərki nümayəndələr, Eleatlar dövrünün filosofları, Sokrataqədərki dövr fəlsəfəsində ilk sofistlər və Antik fəlsəfənin Klassik mərhələsinədək fəaliyyət göstərmiş Qədim yunan atomistlərinin təlimləri təhlil edilir.

Biblioqrafik təsvir

Rəşidov, Zaur Firidun oğlu. Antik yunan fəlsəfəsində Sokrataqədərki dövrün tədqiqi: A.O. Makovelskinin əsərləri əsasında: monoqrafiya / Z. F. Rəşidov; elmi red.: İ. Məmmədzadə, R. H. Mustafayev; AMEA Fəlsəfə və Sosiologiya İnstitutu.- Bakı: Bəxtiyar-4, 2026.- 480 s.