Kitab haqqında

Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri

Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri

Sərlövhə:
Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri
Müəllif:
Əliyeva-Kəngərli Aybəniz
Nəşr ili:
2018
Annotasiya:
Əsasən fəlsəfə, kitabxana-informasiya, tarix, hüquq və dilçilik sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuş bu monoqrafiya, ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin, kitabxanaçı etikasının formalaşması probleminə, onun tarixinə və inkişafına elmi-nəzəri və milli-mənəvi kontekstdən işıq salır, bu sahə üzrə hüquqi fəaliyyətin, kodeksləşdirmənin də özünəməxsus xüsusiyyətlərini tədqiq edir. Müəlliflər bu tədqiqatda kitabxana əxlaqını kulturoloji fenomen kimi öyrənmiş, “kitabxanaçılığın” iş və ya peşə olması ilə bağlı tarixi-sosioloji mükalimə yürütmüşlər.

Biblioqrafik təsvir

Əliyeva-Kəngərli, Aybəniz İbiş qızı. Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri: monoqrafiya / A. İ. Əliyeva-Kəngərli, C. A. Cəfərov; elmi red.: T. H. Kərimli, İ. Truşina; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Proqres, 2018.- 216 s.