Azər Turanın "XX əsr - fəryadın metafizikası" əsərində modernizm cərəyanı, onun dünya ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri çağdaş dünya humanitar fikri kontekstində araşdırılır, türkçülüyün tarixi, bu tarixin qurucuları və aparıcı hadisələri elmi araşdırmanın predmetinə çevrilir. Türk dilinin, ədəbiyyatının, o cümlədən tarixinin təşəkkülü və inkişafında rol oynamış şəxslərin yaradıcılığı nəzəri analizə cəlb olunur. Kitab bütünlükdə XX əsrin estetik dalğası üzərindədir, onun tarixini, inkişaf meyillərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək baxımından zəngin material verir.
Biblioqrafik təsvir
Turan, Azər. XX əsr - fəryadın metafizikası / A. Turan; red., ön sözün müəl. E. S. Akimova.- Bakı: Elm və təhsil, 2017.- 424 s.