Kitab haqqında

Şeirlər, dastan-rəvayətlər, xatirələr

Şeirlər, dastan-rəvayətlər, xatirələr

Sərlövhə:
Şeirlər, dastan-rəvayətlər, xatirələr
Müəllif:
Aşıq Ələsgər
Nəşr ili:
2003
Annotasiya:
Aşiq Ələsgərin şagirdlərinin, xüsusən oğlu Aşiq Talıbın bildiyi variant əsasında tərtib edilmiş bu kitabdakı əsərlər ustad aşığın indiyə qədər çap olunan kitablarındakı əsərləri ilə müqayisə edilmiş, daha dəqiq müəyyənləşdirilmişdir. Aşiq Ələsgərin indiyə qədər çap olunan əsərlərinə başqa müəlliflərin əsərlərinin də qarışdığı ehtimalı var idi. Elmi araşdırmaların, dəqiqləşdirmələrin nəticəsi olaraq, belə əsərlərin bir qismi bu kitaba daxil edilməmişdir. Eyni zamanda əvvəlki kitablarda elə şerlər də var ki, ifadə etdiyi fikir və bədii dəyər baxımından ustad aşığın poetik ruhuna o qədər də uyğun gəlmir. Lakin vaxtilə Aşıq Ələsgərin ədəbi irsinin ilk toplayıcısı Hümmət Əlizadə tərəfindən əldə edilən belə şerləri bu kitabda da saxlamaq məqsədəuyğun hesab edilmişdir.

Biblioqrafik təsvir

Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr / Aşıq Ələsgər; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Çinar-Çap, 2003.- 496 s.