- Sərlövhə:
- Fizika
- Müəllif:
- Səfərov Naxçıvan
- Nəşr ili:
- 2021
- Annotasiya:
- Dərs vəsaiti 10 fəsildən ibarətdir və mühəndis ixtisaslı tələbələrin hazırlanması üçün zəruri olan bütün bölmələri əhatə edir. Hər fəslin başlanğıcında "Açar anlayışlar" adı altında fəsildə öyrəniləcək fiziki anlayışların mahiyyəti qısa ifadə olunmuşdur. Dərs vəsaitində hər fəslin sonunda "Fəslin qısa xülasəsi" adı altında orada şərh olunan materialın mahiyyəti qısa nəticələr şəklində verilmişdir. Kitab "Mexanika", "Molekulyar fizika və termodinamika", "Elektrostatistika və elektrodinamikanın əsasları", "Maqnetizmin əsasları", "Rəqslər və dalğalar", "Dalğa optikası", "Kvant optikası", "Kvant mexanikası və atom fizikasının elementləri", "Bərk cism fizikasının elementləri", "Atom nüvəsi fizikasının elementləri" adlı mövzularla əhatələnmişdir.
Biblioqrafik təsvir
Səfərov, Naxçıvan Yusub oğlu. Fizika: dərs vəsaiti / N. Y. Səfərov; elmi red. E. M. Qocayev; Azərbaycan Texniki Universiteti.- Bakı: AzTU, 2021.- 386 s.