Kitab haqqında

Azərbaycan

Azərbaycan

Sərlövhə:
Azərbaycan
Müəllif:
Vəliyev Məhəmmədhəsən
Nəşr ili:
1993
Annotasiya:
M.H. Vəliyev (Baharlı) əsrimizin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında böyük rol oynamış ziyalıdır. O, Kiyev universitetinin iqtisadi coğrafiya fakültəsini bitirmiş, inqilabdan sonra Azərbaycan bankının direktoru vəzifəsində çalışmışdır. M.H. Vəliyev (Baharlı) həm də Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına aid bir çox sanballı məqalələrinin müəllifidir. Onun bu kitabı (rus dilində) 1921-ci ildə Bakıda nəşr olunmuşdur. Bu qiymətli elmi əsər illər boyu arxivlərdə, bə'zi şəxsi kitabxanalarda istifadəsiz qalmış, onunla heç kəs maraqlanmamışdır. Oxuculara təqdim etdiyimiz bu kitabda Azərbaycanın tarixi, etnoqrafiyası, təbiəti və iqtisadiyyatı haqqında mə'lumat verilir. Eyni zamanda, torpaq mülkiyyətindən, kənd təsərrüfatının Azərbaycanda mövcud olan bütün sahələrindən, torpağımızın yeraltı və yerüstü təbii sərvətlərindən geniş bəhs olunur.

Biblioqrafik təsvir

Vəliyev, Məhəmmədhəsən. Azərbaycan: fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk / M. H. Vəliyev; tərc. V. Quliyev.- Bakı: Azərbaycan nəşriyyatı, 1993.- 192 s.