Dərs vəsaitində türkologiya, türkoloji dilçilik, ortaq türk dili və türk ədəbi dilləri qavramları (konsertləri) yeni bir türkoloji-linqvistik anlayışla açıqlanır. Mürəkkəb cümlənin subordinativ, koordinativ, korrelyativ-sintaktik omomodelləri müəyyənləşdirilir; polipredikativlik, sintaktik omonimlik və çoxmənalılıq anlayışlarına açıqlıq gətirilir. Sözügedən omomodellərə görə mürəkkəb cümlənin mənaca növləri təsnifləndirilir, normativ-sintaktik quruluşları, üslubi-sintaktik normaları və variantları bir-birindən fərqləndirilir.
Biblioqrafik təsvir
Musayev, Mehman Musa oğlu. Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi: dərs vəsaiti / M. M. Musayev; red. K. M. Abdullayev; Bakı Slavyan Universiteti.- Bakı: Kitab aləmi NPM, 2011.- 404 s.