XX əsr dünya ədəbiyyatı dərs vəsaiti bütün ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda Avropa və Amerikanın bir sıra dünya şöhrətli sənətkarlarından söhbət açılmış və onların əsərləri geniş təhlilə cəlb olunmuşdurş Kitabda həmçinin Nobel mükafatına layiq görülmüş 30-dan çox ölkənin 67 nasirinin adı da verilmişdir.
Biblioqrafik təsvir
Ağabəy, Gülşən Şıxmurad qızı. XX əsr dünya ədəbiyyatı tarixi: dərs vəsaiti / G. Ş. Ağabəy; elmi red. B. B. Əhmədov; Azərbaycan Müəllimlər İnstitutu.- Bakı: Elm və Təhsil, 2013.- 192 s.