Bu kitabda evlilikdən sonrakı əlaqələrin evlilikdən əvvəl və ya onun başlanğıcındakı münasibətlərdən fərqli bir görünüş ortaya qoyduğunu, ər və arvadın qarşılıqlı anlaşma, sayğı və sevgi ilə xətalarını, səhvlərini və bir-birilərindən gözlədiklərini iki dost kimi dürüstcə aparacaqları söhbətlərlə ortaya çıxarmağın yeganə yol olduğunu yaşanmış hadisələrlə görəcəksiniz. Yenə də bu əsərdən ər və arvadın bir-birinin rəqibi, düşməni deyil, əksinə, bir-birinin qüsur və nöqsanlarını örtən bir bütünün iki bərəbər parçasından ibarət olduğunu, ailədaxili problemlərin namus sirri kimi qorunmasının önəmini, ər və arvadın həmişə bir yerdə olmasının vacibliyini həyatdan götürülən nümunələrlə görəcək və buna bənzər hadisələrin sizin də başınıza gəlmə ehtimalını nəzərə alaraq əvvəlcədən tədbir görməyi öyrənəcəksiniz.
Biblioqrafik təsvir
Kurucan, Ahmet. Boşanmaq üçünmü evlənirik? / A. Kurucan; tərc. Ə. Mikayılov; red. İ. Quliyev.- Bakı: Xəzər nəşriyyatı, 2009.- 142 s.